"Azərbaycan
Respublikasının Qax rayonunun
inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 22 iyun tarixli 1054-IIIQ nömrəli
qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Qax
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1054-IIIQ nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının Qax
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1054-IIIQ nömrəli
qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində
"Azərbaycan Respublikasının
Qax rayonunun inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2010-cu il
22 iyun tarixli 1054-IIIQ nömrəli qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il
Azərbaycan.- 2010.- 15 avqust.- S. 1.