Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1053-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Gömrük tarifi haqqındaAzərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədəAzərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1053-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarınınGömrük tarifi haqqındaAzərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilindəGömrük tarifi haqqındaAzərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2010-cu il.

 

Azərbaycan.- 2010.- 15 avqust.- S. 4.