“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanına dəyişiklik və əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmişAzərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 924-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3, I kitab, maddə 164; 2002-ci il, ¹ 7, maddə 412, ¹ 8, maddə 478, ¹ 12, maddə 716; 2003-cü il, ¹ 6, maddə 290; 2004-cü il, ¹ 7, maddə 526; 2006-cı il, ¹ 12, maddə 1034; 2007-ci il, ¹ 3, maddə 226, ¹ 11, maddə 1105; 2010-cu il, ¹ 5, maddə 393; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanı) 2-ci bəndinin on dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin həmin bəndə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri hüquqlarının müdafiəsi üzrə komissiyalar yerli icra hakimiyyətlərinin qəyyumluq himayə orqanları qanunvericiliklə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət mexanizmi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2010-cu il.

 

Azərbaycan.- 2010.- 15 avqust.- S.  4.