“Bakı şəhərinin
Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarında və sərəncamlarında dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Bakı
şəhərinin Əzizbəyov
rayonunun Xəzər rayonu adlandırılması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, ¹ 6, maddə 345, ¹ 9, maddə
542; 2001-ci il, ¹ 7, maddə
456, ¹ 9, maddə 593; 2002-ci il,
¹ 7, maddə 412, ¹ 8, maddə
480; 2003-cü il, ¹ 6, maddə
290, ¹ 10, maddə 585; 2004-cü il, ¹ 1, maddə 19, ¹ 7, maddə 537; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 7, maddə
597; 2006-cı il, ¹ 2, maddə
84, ¹ 9, maddələr 734, 743, ¹ 11, maddə 940, ¹ 12, maddə
1049; 2007-ci il, ¹ 2, maddə
97, ¹ 8, maddə 769, ¹ 11, maddə
1105; 2008-ci il, ¹ 5, maddə
373, ¹ 6, maddə 498, ¹ 8, maddələr
715 və 719; 2009-cu il,
¹ 2, maddə 64) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
şəhər və
rayon icra hakimiyyəti
başçısı aparatı,
rayon və şəhər
icra hakimiyyəti orqanlarının rayon tabeliyində
olan şəhərlərdə,
qəsəbə və
kəndlərdə nümayəndəliklərinin
nümunəvi strukturu
və ştat vahidlərinin sayı”nın
"Bakı şəhəri
Əzizbəyov, Qaradağ,
Sabunçu, Suraxanı
və Binəqədi rayonları İcra hakimiyyəti başçıları
aparatlarının nümunəvi
strukturu və ştat vahidlərinin sayı" bölməsinin
adında “Əzizbəyov”
sözü “Xəzər”
sözü ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹4, maddə 302; 2007-ci il, ¹11, maddə 1110; 2008-ci il, ¹ 6,
maddə 500) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Abşeron Milli Parkı haqqında Əsasnamə"nin 1.1-ci bəndində
“Əzizbəyov” sözü
“Xəzər” sözü
ilə əvəz edilsin.
3. “Azərbaycan
Respublikası məhkəmələri
hakimlərinin sayının
artırılması və
məhkəmələrin ərazi
yurisdiksiyasının müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
17 avqust tarixli 447 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 8, maddə
672) 1.3.4-cü bəndində, həmin Fərmanla təsdiq edilmiş Əlavə - “Azərbaycan
Respublikası apellyasiya
instansiyası məhkəmələrinin,
yerli iqtisad məhkəmələrinin və
hərbi məhkəmələrinin
ərazi yurisdiksiyası”nın
2.2-ci, 9.1-ci və 16.2-ci bəndlərində
“Əzizbəyov” sözü
“Xəzər” sözü
ilə əvəz edilsin.
4. “Azərbaycan
Respublikasının Abşeron
Milli Parkının yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 8 fevral tarixli 622 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 2, maddə
91) 1-ci bəndində “Əzizbəyov”
sözü “Xəzər”
sözü ilə əvəz edilsin.
5. Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 28 sentyabr
tarixli 1697 nömrəli
Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹
9, maddə 798; 2008-ci il,
¹ 8, maddə 715; 2009-cu il,
¹ 4, maddə 226, ¹ 11, maddə
886) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər
üçün kompleks
Tədbirlər planı”nın
dördüncü bölməsinin
4.24-cü bəndinin “Tədbirlərin
adı” sütununda “Əzizbəyov” sözü
“Xəzər” sözü
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 avqust 2010-cu il.
Azərbaycan.-2010.-15 avqust.- S.4.