“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaAzərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1057-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarınınFövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 25.10-cu maddəsində nəzərdə tutulmuş fövqəladə hallar orqanları əməkdaşlarının sosial maddi təminatı qaydalarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilindəFövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

2.1. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaAzərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində, 21.4-cü maddəsinin birinci ikinci cümlələrində, 25.2-ci, 26.1-ci 27.1-ci maddələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 23.10-cu, 23.11-ci, 25.3-cü, 25.5-ci maddələrində, 25.8-ci maddəsində hər iki halda, 25.10-cu, 26.2-ci 27.2-ci maddələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 4.3-cü maddəsində, 4.7-ci maddəsinin ikinci cümləsində, 4.9-cu, 4.14-cü, 6.8-ci maddələrində, 7.2-ci maddəsinin ikinci cümləsində, 8.1-ci, 17.8-ci, 21.10-cu, 21.11-ci, 21.12-ci maddələrində, 23.14-cü maddəsinin ikinci cümləsində, 25.6-cı maddəsinin ikinci hissəsində, 26.3-cü, 28.1.8-ci maddələrində 32.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 1.1-ci maddəsində, 3-cü maddəsində ikinci halda, 4.10-cu, 6.5-ci, 13.1.5-ci, 13.11-ci, 13.12-ci, 13.13-cü maddələrində, 14.4-cü maddəsinin ikinci cümləsində, 17.5-ci maddəsinin birinci cümləsində, 21.7.1-ci maddəsində hər iki halda, 21.7.2-ci maddəsinin ikinci cümləsində, 21.8-ci, 21.9-cu, 21.13.2-ci, 21.16-cı, 21.22-ci, 23.6.2-ci, 23.6.3-cü, 29.1-ci 32.1-ci maddələrindəmüvafiq icra hakimiyyəti orqanıdedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 4.4-cü, 4.15-ci maddələrində, 15.1-ci maddəsinin birinci ikinci cümlələrində, 16.5-ci, 22.2-ci maddələrində, 25.6-cı maddəsinin birinci hissəsində, 26.5-ci, 31.1.7-ci, 33.1.8-ci 35.1-ci maddələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, 4.13-cü maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.6. həmin Qanunun 3-cü maddəsində birinci halda, 6.1-ci maddəsində, 13.9-cu maddəsinin birinci hissəsində, 18.3-cü, 21.5-ci, 21.21-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində, 23.3-cü maddəsində 32.3-cü maddəsinin birinci hissəsinin ikinci cümləsindəmüvafiq icra hakimiyyəti orqanıdedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 21.7.2-ci maddəsinin birinci cümləsindəmüvafiq icra hakimiyyəti orqanıdedikdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 24.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

2.9. həmin Qanunun 25.4-cü maddəsindəmüvafiq icra hakimiyyəti orqanıdedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2010-cu il

 

Azərbaycan.- 2010.- 15 avqust.- S. 4.