“Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin
gücləndirilməsi məqsədilə Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi
Fərmanlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin
gücləndirilməsi məqsədilə Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 241 nömrəli
Fərmanına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab,
maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12,
maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260,
275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə
299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546,
547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr
138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346,
¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005;
2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹
8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101;
2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5,
maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674,
675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹
1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715,
¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹
12, maddə 1227; 2008-ci il, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6,
maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9,
maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969, 971, 980, ¹
12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 2, maddə 330,
¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 7, maddələr 532, 535,
539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12,
maddələr 979, 993; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddələr
180, 189; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may
tarixli 264 nömrəli və 1 iyul tarixli 287 nömrəli fərmanları)
aşağıdakı məzmunda 3.69-cu bənd əlavə
edilsin:
“3.69. həmin Məcəllənin
348–3-cü maddəsində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Mərkəzi Bankı (kredit təşkilatları,
həmçinin lizinq xidmətləri göstərən kredit
təşkilatlarına münasibətdə), Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi (qiymətli kağızlar
bazarının peşəkar iştirakçıları olan
brokerlərə, qiymətli kağızların idarə
olunması üzrə peşəkar fəaliyyəti həyata
keçirənlərə, lotereya təşkilatçısına
və investisiya fondlarına münasibətdə), Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi
(sığortaçı, təkrarsığortaçı və
sığorta vasitəçilərinə, qiymətli
daşların, qiymətli metalların, o cümlədən
qiymətli daşlardan və ya qiymətli metallardan
hazırlanmış zərgərlik və ya digər məişət
məmulatlarının alqı-satqısı ilə məşğul
olan fiziki və ya hüquqi şəxslərə münasibətdə),
Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (pul vəsaitlərinin
köçürülməsi ilə məşğul olan
poçt xidməti göstərən müəssisələrə
münasibətdə), Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait
alan, toplayan, verən və ya vəsait köçürən
qeyri-hökumət təşkilatlarına münasibətdə),
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi (öz fəaliyyətinin tərkib
hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait
köçürən dini təşkilatlara münasibətdə)
və Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidməti (lombardlara və
daşınmaz əmlakın alqı-satqısı üzrə
vasitəçilik xidmətləri göstərən fiziki və
ya hüquqi şəxslərə münasibətdə)
baxırlar.”.
2. Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 410 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 10, maddə 725; 2002-ci il, ¹ 8, maddə 478; 2006 cı il, ¹ 7,
maddə 593, ¹ 8, maddə 677, ¹ 12, maddə 1034; 2010-cu il, ¹ 2,
maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında normativ hüquqi aktların və normativ
aktların dövlət uçotu və qeydiyyatı
qaydası haqqında Əsasnamə”yə
aşağıdakı dəyişiklik və əlavələr
edilsin:
2.1. 1.1-ci bəndin ikinci
abzasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən” sözləri
çıxarılsın və “Mərkəzi
Bankının,” sözlərindən sonra “Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinin,” sözləri əlavə edilsin;
2.2. 2.3 cü bəndin ikinci
abzasında və 3.1-ci bəndin ikinci abzasında “Mərkəzi
Bankından,” sözlərindən sonra “Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətindən,” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹ 9, maddə 872; 2008-ci il, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə
364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009-cu il, ¹ 2,
maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə 421;
2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193; Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 279 nömrəli
və 1 iyul tarixli 287 nömrəli fərmanları) ilə təsdiq
edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”na aşağıdakı dəyişiklik və
əlavələr edilsin:
3.1. 8.1-ci bənddə “və
247-2-ci maddəsində” sözləri “, 247-2-ci maddəsində
və 348-3-cü maddəsində (kredit təşkilatları,
həmçinin lizinq xidmətləri göstərən kredit
təşkilatlarına münasibətdə)” sözləri ilə
əvəz edilsin;
3.2. 10.1-ci bənddə
“(qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə)”
sözlərindən sonra “və 348-3-cü maddəsində
(öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait
köçürən qeyri-hökumət təşkilatlarına
münasibətdə)” sözləri əlavə edilsin;
3.3. aşağıdakı
məzmunda 16 cı bənd əlavə edilsin:
“16. Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti adından:
16.1. Məcəllənin
348-3-cü maddəsində (lombardlara və daşınmaz əmlakın
alqı-satqısı üzrə vasitəçilik xidmətləri
göstərən fiziki və ya hüquqi şəxslərə
münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə – Azərbaycan Respublikasının
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin
direktoru, onun müavini.”.
4. “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23
fevral tarixli 66 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 2, maddə
79; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddə 192) 4.7-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
“4.7. həmin
Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
notariuslara münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, hüquqi xidmət
göstərən digər şəxslərə münasibətdə
Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”.
5. Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹ 7, maddə 525) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti haqqında Əsasnamə”yə
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
5.1. aşağıdakı
məzmunda 10.1–1-ci, 10.4–1-ci, 10.4–2-ci, 10.4–3-cü, 10.6–1-ci və
10.10–1-ci bəndlər əlavə edilsin:
“10.1–1. müvafiq
sahədə öz səlahiyyətləri çərçivəsində
normativ tənzimləməni həyata keçirir;
10.4–1. “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq sadələşdirilmiş eyniləşdirilmə və
verifikasiya qaydalarını müəyyən edir;
10.4–2. “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq monitorinq iştirakçıları tərəfindən
Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim
olunmalı olan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların
siyahısını və ümumi məbləğinin minimal
həddini müəyyən edir;
10.4–3. Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının aidiyyəti qətnamələrinə,
habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş qaydada şəxslərin
siyahısını təsdiq və dərc edir, həmçinin
bu siyahını birbaşa və ya müvafiq nəzarət
orqanlarının vasitəsilə monitorinq
iştirakçılarına və monitorinqdə iştirak edən
digər şəxslərə göndərir;
10.6–1. lombardlar
və daşınmaz əmlakın alqı-satqısı
üzrə vasitəçilik xidmətləri göstərən
fiziki və ya hüquqi şəxslər tərəfindən
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsinə nəzarətin həyata keçirilməsi
qaydalarını müəyyən edir;
10.10–1. qanunvericilikdə
nəzərdə tutulmuş müvafiq inzibati xətalar
haqqında işlərə baxır;”;
5.2. 10.5-ci bənddə
“müəyyənləşdirir” sözü “Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş qaydada müəyyənləşdirir
və dərc edir, həmçinin bu siyahını birbaşa
və ya müvafiq nəzarət orqanlarının vasitəsilə
monitorinq iştirakçılarına və monitorinqdə
iştirak edən digər şəxslərə göndərir”
sözləri ilə əvəz edilsin;
5.3. 10.7-ci bənddə
“monitorinq iştirakçılarının və monitorinqdə
iştirak edən digər şəxslərin fəaliyyətinə
nəzarət edən orqan nəzərdə
tutulmadığı halda, onlar” sözləri “lombardlar və
daşınmaz əmlakın alqı-satqısı üzrə
vasitəçilik xidmətləri göstərən fiziki və
ya hüquqi şəxslər” sözləri ilə əvəz
edilsin;
5.4. 14.5-ci bənddə “sərəncamlar
verir” sözlərindən sonra “, habelə normativ xarakterli
aktları təsdiq edir (imzalayır), onların icrasını
təşkil edir və nəzarəti həyata keçirir”
sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il.
Azərbaycan.- 2010.- 15 avqust.- S. 5.