Azərbaycanın ABŞ-dakı səfiri evdə təşkil edilmiş iftar ziyafətində iştirak etmişdir

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 13-də ABŞ Prezidenti Barak Obama müsəlmanların müqəddəs Ramazan ayının başlanması münasibətilə evdə keçirilmiş iftar ziyafətində iştirak edən ölkəmizin Vaşinqtondakı səfiri Yaşar Əliyevlə qısa söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş arzularını çatdırmışdır.

Bir sıra xarici dövlətlərin səfirlərinin, Obama hakimiyyəti və Konqresin üzvlərinin, eləcə də ABŞ-ın müsəlman icmasının nümayəndələrinin qatıldığı ziyafət Qurani-Kərimdən surələrin oxunması ilə başlamışdır. Daha sonra qonaqlar iftar süfrəsinə dəvət olunmuşlar.

İftar ziyafətinin iştirakçıları qarşısında çıxış edən Prezident Barak Obama Ramazanın düşüncə, etiqada sadiqlik, ehtiyacı olanlara yardım və dəstək ayı olduğunu bildirmişdir. ABŞ Prezidenti qeyd etmişdir ki, irqi bərabərlik dini olan islam daim Amerika həyatının bir hissəsi olmuşAmerika müsəlmanları ABŞ-ın inkişafına böyük töhfələr vermişlər.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.- 15 avqust.- S. 5.