Türk əsgərlərinin xatirəsinə
ucaldılmış abidəni ziyarət
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdi.
Türkiyə Prezidenti abidənin önünə əklil qoydu.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı.
Türkiyə Prezidenti dedi ki, türk əsgərləri bütün dövrlərdə öz soydaşlarının və din qardaşlarının təhlükəsizliyinə çalışmış, hər zaman onlara yardım etmişdir.
Dövlət başçısı bildirdi ki, Bakıdakı türk şəhidliyində uyuyan türk əsgərləri Vətənin azadlığı yolunda həlak olmuşlar. 1918-ci ildə Nuru Paşanın komandanlığı altında türk-Qafqaz İslam ordularının Azərbaycana gəlməsi buradakı soyqırımının qarşısının alınmasında mühüm rol oynamışdır.
Türkiyə Prezidenti Abdullah Gül daha sonra Qafqaz İslam Ordusunun Azərbaycan və Dağıstandakı hərəkatı və ölkəmizdəki türk şəhid məzarlıqlarının yerləşdiyi əraziləri əks etdirən stendə baxdı.
AzərTAc
Azərbaycan.- 2010.- 17 avqust.- S. 3.