Türkiyə Prezidenti
Abdullah Gül Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadə ilə görüşmüşdür
Azərbaycanda rəsmi səfərdə
olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da onun
üçün ayrılmış iqamətgahda Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə ilə görüşmüşdür.
Prezident Abdullah Gül və
şeyxülislam Allahşükür Paşazadə mübarək
Ramazan ayı münasibətilə təbriklərini
çatdırmışlar.
Görüşdə Azərbaycan
ilə Türkiyə arasında əlaqələrin
hazırkı vəziyyəti və inkişaf perspektivləri
müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 17 avqust.- S. 3.