İraq Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və erməni təcavüzünü pisləyir

 

Avqustun 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək bildirmişdir ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir.

İraqlı qonaq isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiyini bəyan etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 3.