Azərbaycan və Litvanın mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Avqustun 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Litvanın mədəniyyət naziri Arunas Qelunasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Əbülfəs Qarayev qonaqları salamlayaraq bildirmişdir ki, Litva Azərbaycanın Baltikyanı bölgədə ən sıx əməkdaşlıq etdiyi ölkədir. Ölkələrimiz arasında mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir. Artıq 6 ildir ki, Litva ilə maraqlı layihələr həyata keçirilir. Gələn ilin aprelində iki ölkənin birgə "Küləyin yuxusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edəcəkdir.

Arunas Qelunas bu səfərin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.

Tədbirdə gələcəkdə həyata keçiriləcək birgə layihələrə dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-17  avqust.- S. 4.