Heydər Əliyev Fondunun
təşəbbüsü ilə məktəblilər
arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri
təşkil olunmuşdur
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən səfər Fransanın paytaxtı Parisdən başlamışdır.
Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, məktəblilər, həmçinin Almaniyanın Köln şəhəri ilə tanış olmuş, Belçikanın Brüssel, Brüqqe, Namur və Dinant şəhərlərinə səfər etmiş, Niderland Krallığının paytaxtı Amsterdamın tarixi yerlərini, muzeylərini gəzmişlər. Zəngin təəssüratla yadda qalan səfərin son günündə nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzmiş, tarixi keçmişi yaşadan muzeyləri ziyarət edərək maraqlı məlumatlar əldə etmişlər.
Xatırladaq
ki, ənənəvi olaraq
keçirilən "Heydər Əliyev uşaqların gözü ilə" inşa
müsabiqəsində 600 mindən artıq şagird
iştirak etmişdir.
Yarışmanın son mərhələsində
96 şagird seçilmiş
və münsiflər heyətinin qərarına əsasən
21 şagird müsabiqənin qalibi olmuşdur. Onlardan beşi
1-ci yer, daha beş nəfər
2-ci yer, on biri isə
3-cü yerə
layiq görülmüşdür.
Fərqlənən 56 şagird fəxri fərmanla mükafatlandırılmış, 87 məktəblinin inşa yazısı kitab halında nəşr olunmuşdur. Onlardan 10-u Naxçıvan Muxtar Respublikasındandır.
Azərbaycan.- 2010.- 18 avqust.- S. 5.