Rusiyanın Baş naziri meşə yanğınlarının söndürülməsində göstərdikləri fədakarlığa görə azərbaycanlı aviatorlara təşəkkür etmişdir

 

Rusiyanın Baş naziri Vladimir Putin ölkəsində baş verən meşə yanğınlarının söndürülməsində iştirak etmiş yerlixarici aviasiya dəstələrinin üzvlərinə göstərdikləri fədakarlığa görə təşəkkürünü bildirmiş, onlara xatirə hədiyyələri təqdim etmişdir.

AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, təntənəli mərasim "Ramenskoye" hava limanında keçirilmişdir.

Rusiyanın Baş naziri 19 aviatora xatirə saatları təqdim etmişdir. Mükafatlar Rusiya aviatorları ilə yanaşı, Azərbaycan, Türkiyə, Belarus, UkraynaFransa təmsilçilərinə də təqdim olunmuşdur.

Vladimir Putin yanğının söndürülməsində Rusiyaya yardım etmiş ölkələrə təşəkkürünü bildirmişdir.

Bir qədər əvvəl isə fövqəladə hallar naziri Sergey Şoyqu xarici ölkələrin yanğının söndürülməsində iştirak etmiş bütün aviatorlarını Rusiya Fövqəladə Hallar Nazirliyinin fəxri nişanları ilə təltif etmişdir.

 

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 5.