Əfqanıstan İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Həmid Kərzaiyə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün öz ənənələrini davam etdirməkdədir. Əminəm ki, ölkənizdə sülhün qorunub saxlanmasına, sabitliyin təmin olunmasına yönəlmiş ümumi səylərin müsbət nəticələri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yeni imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına sülh, sabitlik və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 19 avqust.- S. 1.