Sərhəd Xidmətinin əməkdaşları
ümummilli lider Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət etmişlər
AzərTAc xəbər verir ki, Sərhəd Qoşunlarının yaradılmasının 91-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül qoymuşlar.
Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstəsi düzmüşlər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuş, şəhid sərhədçilərin, o cümlədən milli qəhrəman Eldar Məmmədovun məzarı ziyarət edilmişdir.
Azərbaycan.- 2010.-19 avqust.- S. 2.