B.Ə.Nəbiyevə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycanda
ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə
Bəkir Əhməd oğlu Nəbiyevə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 avqust 2010-cu il
Azərbaycan.- 2010.-20 avqust.- S. 1.