BMT-NİN
BAŞ KATİBİNƏ VƏ BMT-NİN BAŞ
MƏCLİSİNƏ ERMƏNİSTANIN AZƏRBAYCANA
QARŞI HƏRBİ TƏCAVÜZÜ İLƏ BAĞLI
MƏKTUB ÜNVANLANMIŞDIR
Azərbaycanın BMT-dəki
daimi nümayəndəliyi BMT-nin baş katibinə və
BMT-nin Baş Məclisinə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
ilə bağlı məktub ünvanlamışdır.
Məktubda erməni hərbçilərinin
Azərbaycanın işğal olunmuş torpaqlarındakı
zorakılığından, Xocavənd rayonundakı hərbi
hissədə iyulun 28-də baş vermiş silahlı
insidentdən söz
açılmışdır. Qeyd edilmişdir ki,
bu hadisə rəsmi Yerevanın Azərbaycana
qarşı hərbi əməliyyatlarda Ermənistan
silahlı qüvvələrinin birbaşa
iştirakını və onların işğal
olunmuş ərazilərdə
olmasını ört-basdır etmək cəhdlərinə baxmayaraq, Ermənistanın həmin ərazilərə
hərbi nəzarəti həyata keçirdiyini
açıq-aydın göstərir.
BMT və Avropa
Parlamenti kimi beynəlxalq
qurumlar Azərbaycanın ərazi bütövlüyünü
tanımışlar və bu, Ermənistanın
hərəkətlərinin qeyri-qanuni olduğunu sübut edir. Azərbaycanın BMT-dəki
daimi nümayəndəliyi Məclisdən
məktubu BMT Baş Məclisinin gündəliyinin
Dağlıq Qarabağ münaqişəsi
və GUAM ölkələrində həlli
uzadılmış münaqişələrlə bağlı
14-cü və 18-ci maddələrinin əsasında qəbul
etməsini xahiş etmişdir.
BMT-nin informasiya
mərkəzindən bildirmişlər ki,
məktub artıq qurumun baş
katibinin ofisi tərəfindən
qəbul olunmuşdur. Müraciət
baxılmaq üçün Baş Məclisin növbəti
sessiyasının gündəliyinə əlavə edilmişdir.
AzərTAc.
Azərbaycan. - 2010.- 20 avqust.- S. 1.