Məhv edilmiş maddi və mənəvi sərvətlər

 

Onlar həm də sivilizasiyalı bəşəriyyətin misilsiz mədəniyyət nümunələri idi

 

 ...Bu gün qaçqın və məcburi köçkünlərimizin sınıq könüllərində gələcəyə ümid yaranması işğal altında qalan torpaqlarımızın qaytarılması istiqamətində dövlətimizin başçısının apardığı siyasətdən, qətiyyətli mövqeyindən qidalanır.

İnanırıq ki, bu inam məşələ çevrilərək, Böyük Qayıdışa yol açacaq, biz də Qələbə müjdəli soraqlarla didərgin soydaşlarımızı - qaçqın-köçkünlərimizi sevindirəcəyik. Hələlik, digər düşmən tərəfindən zəbt edilən yurdlarımız kimi, Cəbrayıl rayonu işğalda, biz isə aranlı-dağlı Qarabağımızı azad etmək inamı ilə siyasi mübarizəni aparmaqdayıq.

1993-cü ilin avqust ayı Füzuli və Cəbrayıl rayonları əhalisinin (təkcə onlarınmı?) yaddaşına ağrılı və üzüntülü yazıldı. Şuşa, Laçın, Kəlbəcər, Ağdam ağrılarını yaşaya bilmədiyimiz günlərdə daha qoşa bir dərd yapışdı yaxamızdan: Füzuli və Cəbrayıl da düşmən tapdağına düşdü.

O ağrılı-acılı günlərdən bizi on yeddi illik zaman məsafəsi ayırır. Ayırırmı? Qətiyyən! Əksinə, illər keçdikcə biz doğma yurdlara daha çox can atırıq. Can atırıq ki, canımız qədər sevdiyimiz Vətən bizi bağışlasın, o yerlərə qayıtmağa üzümüzsözümüz olsun. Bu həsrət bizi qocaltsa da, qəlbimizdə Qayıdış eşqi bir az da boy atır...

Hələ bir neçə il əvvəl cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevlə Biləsuvardakı çadır düşərgələrində vəziyyətlə yerində tanış olmuşdu. Sonralar dövlət başçısı cəbrayıllı məcburi köçkünlər üçün elə Biləsuvar ərazisində tikilib istifadəyə verilmiş qəsəbədə olarkən demişdir: "Buraya gələndə yolda çadır düşərgələrinin qalıqlarına baxdım və o günləri xatırladım. Cənab Prezidentlə buraya gələrkən məcburi köçkünlərlə görüşlərimiz olmuşdu. Onların nə qədər ağır şəraitdə yaşadıqlarını görəndə cənab Prezident məyus olmuşdu. O mənzərə ona çox təsir etmişdi. Ona görə imkan düşən kimi, Neft Fondu yaranandan sonra, birinci vəsait məhz buraya, Biləsuvar rayonuna yönəldildi ki, o çadır düşərgələri dağıdılsın, yeni evlər, binalar, məktəblər, klublar tikilsin. Belə də oldu. Beş çadır düşərgəsi tamamilə dağıdılıb və əvəzində bu gözəl qəsəbə salınıbdır. Burada 2560 ev tikilibdir... Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Mən bu gün buraya gələndə bir ailəyə qonaq oldum. Məni çox mehriban qarşıladılar. Mənim arzum var ki, - hesab edirəm, bu, hamımızın arzusudur, Cəbrayıla qonaq gəlim. Cəbrayıl işğaldan azad edildikdən sonra orada sizin üçün bundan da gözəl evlər tikiləcək mən gəlib sizin qonağınız olacağam".

Bu, dövlət başçısının torpaq itirmiş insanlara təkcə rəsmi diqqəti deyil, eyni zamanda vətəndaşlarının arzu istəklərinin reallaşmasına, onların torpaq həsrətinə, yurd nisgilinə təsəlli, eyni zamanda apardığı siyasi mübarizənin qətiyyətliliyinin ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramı yerlərdə icra olunduqca, nəinki respublikanın ayrı-ayrı regionlarının inkişafına nail olunur, bir milyona yaxın qaçqın məcburi köçkün soydaşlarımızın sosial-məişət, mənzil şəraitindəki problemləri öz həllini tapır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası məcburi köçkün soydaşlarımızın problemlərinin həlli istiqamətində həyata keçirilən bütün tədbirlər cəbrayıllıların da bəzi qayğılardan azad edilməsində mühüm əhəmiyyət daşıyır.

Ermənistanın hərbi təcavüzü respublikamızın 17 min kvadratkilometr ən məhsuldar torpağındakı 900 yaşayış məntəqəsinin, 7 min sənaye ya kənd təsərrüfatı obyektinin, 700 təhsil müəssisəsinin, 665 səhiyyə ocağının, 800 min km. avtomobil yollarının, 160 körpünün, 23 min km. su 15 min km. elektrik xəttinin dağıdılmasına səbəb olub.

Erməni təcavüzkarları işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Dağlıq Qarabağ bölgəsində ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduğu ziyanın dəyərini dəqiqləşdirmək o qədər asan deyil. Çünki elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onarı heç bir meyarla qiymətləndirmək olmaz. Talan məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm sivilizasiyalı bəşəriyyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.

Milli-mənəvi dəyərlərimizin, tarixi mədəni abidələrimizin zəngin, həm qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdən erməni vandalizminin qurbanına çevrildi. 55 min nəfər əhalisi olan Cəbrayılda 82 kənd, 74 məktəb, 12 mədəniyyət evi, 32 klub fəaliyyət göstərib. Rayonun münbit məhsuldar torpaqları kəhrizlərdən başqa Həkəri Araz çaylarından qidalanırdı. Burada ildə 60 min tondan artıq üzüm, 250 tona qədər isə barama istehsal edilirdi.

Xatırladaq ki, rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban verib. Bütövlükdə torpaq uğrunda şəhid olan cəbrayıllıların sayı 350 nəfərdir. 650-yə yaxın itkin yaralısı olan cəbrayıllıarın 6-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ada rayonun Süleymanlı kəndinin iki yetirməsi - Şikar Aslanovla Mətləb Məmmədov da layiq görülmüşlər. Kəndin qəhrəman oğullarına büst qoyulmasında xüsusi diqqət qayğı göstərən icra nümayəndəsi Müzəffər Rüstəmovun fədakarlığı sonralar düşmən tərəfindən əsir götürülməsi yaddaşdardan silinmir.

Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, Vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını cəsarətini görürük. Belə olan təqdirdə Ali Baş Komandanın dəfələrlə söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəyik. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti təsdiqləyir ki, özgə torpağında açılan göz çaş, imək tutan diz taqətsiz şikəst olur. Ordumuzun igid əsgərlərinin Mübariz İbrahimov kimi nümunələri az deyil. Sivil mübarizəni anlamaq istəməyən düşməni silah dili ilə başa salmaq məcburiyyətində olanda ordumuzun başdan-başa Mübariz kimi mübarizlər yetişdirdiyinin şahidinə çevriləcəyik.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 21 avqust.- S.3.