"Fransa və
fransızlar"...
"Fransa
və fransızlar"...
Bakıda yenicə çapdan
çıxmış kitab
belə adlanır.
Azərbaycan Dövlət
Teleqraf Agentliyi - AzərTAc-ın Fransadakı
xüsusi müxbiri, filologiya elmləri namizədi, tanınmış
jurnalist Əsgər Əliyevin müəllifi olduğu kitabda Fransanın tarixi, coğrafiyası, mədəniyyəti
barədə geniş
məlumat verilmişdir.
Xarici dillərin tədris olunduğu universitetlərin
tələbələri, o cümlədən
geniş oxucu auditoriyası üçün
nəzərdə tutulmuş
kitabda Azərbaycan-Fransa
əlaqələrinə xüsusi
yer verilmişdir.
Ayrı-ayrı bölmələrdə Azərbaycan-Fransa
əlaqələrinin tarixinə,
inkişaf mərhələlərinə
nəzər salınır. Bir neçə
əsr bundan əvvəl ölkələrimiz
arasında yaranmış
münasibətlərin indi
də davam etməsinə diqqət çəkən müəllif
bir məsələni
də vurğulayır
ki, XX əsrin əvvəllərindən başlayaraq
tarixi zərurətdən
Fransaya mühacirət
edən və bütün həyatını
bu ölkə ilə bağlayan soydaşlarımız Fransanın
inkişafında mühüm
rol oynamışlar.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra isə dövlətlərimiz
arasındakı əlaqələrin
inkişaf dinamikasını
çox aydın şəkildə göstərən
müəllif ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimiz
arasında əməkdaşlığın
daha da genişləndirilməsinə
xidmət etdiyini deyir. Kitabdan aydın görünür
ki, bu gün
Azərbaycan-Fransa əlaqələrindəki
inkişaf bütün
sahələri əhatə
edir.
Nəşrdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin fəaliyyəti,
Azərbaycan tarixinin, mədəniyyətinin dünyanın
mədəniyyət paytaxtında
- Parisdə təbliği
ilə bağlı görülən işlər
də xüsusi qeyd olunmuşdur. Müəllif
Azərbaycan-YUNESKO əlaqələrinə
də toxunur və ikitərəfli münasibətlərin inkişafında
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərini xüsusi
qeyd edir.
Əsgər Əliyevin yazdıqlarından
aydın olur ki, zaman ötsə
də bütün dünya yenə də Parisə heyrandır. Dünya şöhrətli Ernest Heminqueyin "Burada həmişə yaşamaq,
yemək, içmək
və sevmək istəyirsən", ABŞ Prezidenti
Tomas Ceffersonun "Paris hər
bir adamın ikinci vətənidir" kəlamlarını bu əsərdə gözəl
bir ifadə tamamlayır: "Paris ürəklərimizin
döyüntüsündən daha tez dəyişilir".
Kitabın redaktoru AzərTAc-ın Baş direktoru Aslan Aslanovdur.
AzərTAc
Azərbaycan.- 2010.- 21 avqust.- S. 4.