M.Ə.Vəliyevə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi rabitə sisteminin inkişafı və təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmətlərinə görə general-mayor Mürsəl Əli oğlu Vəliyevə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2010-cu il

 

Azərbaycan.- 2010.-22 avqust.- S.  1.