Nazirlər Kabineti
ilk peşə ixtisas
təhsili müəssisələrinin büdcə təminatı
normativlərinin hesablanması metodikası və tətbiqolunma
qaydalarını təsdiq etmişdir
Nazirlər Kabineti ilk peşə ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiqolunma qaydalarını təsdiq etmişdir.
Bu metodika Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq ilk peşə ixtisas təhsili müəssisələri üzrə büdcə layihəsinin tərtibi zamanı istifadə olunması məqsədilə hazırlanmışdır. Qaydalarda xərc növləri üzrə büdcə təminatı normativlərinin hesablanması metodikası göstərilmişdir. Qeyd edək ki, hesablama metodikası Təhsil Nazirliyinin və digər sahə nazirliklərinin tabeliyində olan ilk peşə ixtisas təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədilə tətbiq edilir.
Azərbaycan.- 2010.- 22 avqust.- S. 2.