ATƏT də martın 21-ni rəsmən Beynəlxalq Novruz Günü kimi təsdiq etmişdir

 

BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq qurum - ATƏT martın 21-ni öz təqvimində Beynəlxalq Novruz Günü kimi təsdiq etmişdir.

Xatırladaq ki, fevralın 24-də BMT Baş Məclisi "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul etmişdir. Qətnamədə deyilir ki, qurum martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır və üzv dövlətləri bu qədim bayram barədə məlumatın yayılmasına səy göstərməyə çağırır.

BMT-nin baş katibi Pan Gi Mun Baş Məclisin qərarı ilə bağlı bundan əvvəl yayılmış müraciətində demişdi: "Baş Məclisin Beynəlxalq Novruz Gününün tanınması barədə qərarı həmin bayramın təkcə regionlarda deyil, həm də bütün dünyada əhəmiyyətinin artdığını göstərir".

 

 

Azərbaycan.- 2010.- 22 avqust.- S. 2.