Ukrayna Prezidenti
zati-aliləri cənab
Viktor Yanukoviçə
Hörmətli Viktor Fyodoroviç!
Milli bayram - Müstəqillik Günü
münasibətilə Sizi
və dost Ukrayna xalqını Azərbaycan
xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik
edirəm.
Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq
münasibətləri bu
gün hərtərəfli
və dinamik inkişaf edir. Əminəm ki, həm ikitərəfli,
həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığımızın
genişlənməsi və
dərinləşməsi bundan
sonra da ölkələrimizin və
xalqlarımızın mənafeyinə,
regionda sülh, sabitlik və tərəqqi işinə
xidmət edəcəkdir.
Hörmətli Viktor Fyodoroviç,
Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və uğurlar, dost Ukrayna xalqına firavanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 24 avqust.- S. 1.