Mədəniyyət və turizm sahələrində əlaqələrin
inkişafına dair məsələlər
müzakirə olunmuşdur
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Li Ci-Han ilə görüşmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında klassik musiqi sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, turist mübadiləsi, infoturların təşkili, qədim abidələrin bərpası və digər məsələlər müzakirə edilmişdir.
Koreya Respublikasının mədəniyyət və turizm nazirləri Azərbaycanla tanış olmaq məqsədilə ölkəmizə dəvət edilmişlər.
İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşdə də turizm sahəsində əməkdaşlıq, İraqın müqəddəs şəhərlərinə səfərlərin təşkili, hər iki ölkədə keçirilən festivallarda iştirak və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ə.Qarayev İraqın incəsənət xadimlərini 2011-ci ildə Azərbaycanda keçiriləcək ikinci Beynəlxalq Muğam festivalına, İraqın səfiri isə öz növbəsində Azərbaycanın incəsənət xadimlərini Riad və Babil beynəlxalq festivallarına dəvət etmişdir.
İraq səfiri Azərbaycanda İraq
milli rəqsləri və moda
nümayişinin keçirilməsini təklif
etmişdir
Azərbaycan.- 2010.- 20 avqust.- S. 2.