"The Washington Times" qəzetində Azərbaycan haqqında məqalə dərc edilmişdir

 

Güclü, davamlı tərəfdaşlıq münasibətləri uzunmüddətli strateji maraqlar qarşılıqlı anlaşma əsasında qurulur.

AzərTAc xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun "The Washington Times" qəzetində dərc olunmuş məqaləsində bildirilmişdir.

Məqalədə deyilir: "ABŞ-ın Avrasiyadakı mühüm vəzifəsi elə bundan ibarətdir: strateji taktik məqsədlərə nail olunması üçün vaxt öhdəliklər lazımdır".

Əvvəlcə Barak Obama administrasiyası Qafqazda əsas diqqəti Türkiyə-Ermənistan sərhədlərinin nəyin bahasına olursa-olsun, açılmasına yönəltmişdi. Baş konsulun fikrincə, bu problemin həlli daha geniş strateji baxış çərçivəsində mümkündür.

Məqalənin müəllifi vurğulamışdır ki, ötən əsrin 90-cı illərində belə olmuşdu. O zaman ABŞ mükəmməl tərəfdaşlıq münasibətləri qura yenicə müstəqillik əldə etmiş ölkələrə beynəlxalq aləmdə özlərini tanıtmaqda kömək edə bilmişdi.

E.Süleymanov yazır: "ABŞ-ın müdafiə naziri Robert Qeytsin Prezident Barak Obamanın məktubunu Azərbaycana təqdim etməsi müsbət amil olmuşdur. Məktubda Amerika-Azərbaycan münasibətlərinin genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur".

Məqalədə baş konsul Azərbaycanda baş verən demokratik dəyişikliklərdən söhbət açmışdır. O yazır: "Regionun bütün ölkələrində hələ çox görülməlidir, lakin əldə olunmuş nailiyyətləri yaddan çıxarmaq olmaz. Azərbaycanda Neft Fondunun yaradılmasından tutmuş sürətlə inkişaf edən iqtisadiyyatadək dövlət quruculuğu prosesi ciddi şəkildə transformasiya edən amil əsasında qurulmuşdur. İnstitusional islahatlar isə vaxt tələb edir".

 

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 1.