Serafimo təxəllüslü əfsanəvi
qəhrəman
Ömrünü xalq yolunda şam kimi əridənlər heç vaxt unudulmur, həmişə ehtiramla xatırlanıb yad edilir. Adları əbədiləşdirilir, əməlləri gənc nəsillərə nümunə göstərilir. Bu baxımdan Qazax rayonunda belə insanların şərəfinə yaradılan mütəfəkkirlər bağı diqqətəlayiqdir.
Şəhərə xüsüsi gözəllik verən həmin parkda XVIII əsrin görkəmli şairləri Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin heykəlləri, üçbuçaq topvurma üsulunun müəllifi, Port-Artur qalasının qəhrəman müdafiəçisi, tam artilleriya genaralı Əliağa Şıxlinskinin, Birinci dünya müharibəsinin iştirakçısı, ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk topoqraf-general İbrahim ağa Vəkilovun, XX əsrin tanınmış ziyalıları Mehdi Hüseynin, Osman Sarıvəllinin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Mirvarid Dilbazinin, hazırda fəaliyyət göstərən akademik Teymur Bünyadovun və telli sazın ustası Aşıq Ədalətin, habelə başqa azman şəxsiyyətlərin büstləri qoyulub. Bu abidələrin sırasında Böyük Vətən müharibəsi iştirakçısı, əfsanəvi partizan, İtaliyanın Milli Qəhrəmanı və fəxri vətəndaşı, həmin ölkənin ən yüksək qəhrəmanlıq rəmzləri olan "Qarribaldi ulduzu", "Antonio Qramşi" və "Banderi Kaleri" ordenlərinə layiq görülmüş Tahir İsayevin - Serafimonun da büstü var.
İndi abidəyə dönmüş qəhrəmanın, kəşməkəşli həyat yaşamış bu nadir insanın barəsində vaxtilə mən də çox eşitmişdim. Öyrənmişdim ki, alman faşistləri keçmiş SSRİ-yə hücuma keçdiyi ilk gündən o da müharibəyə gedib və gərgin döyüşlərin birində əsir düşüb. Bir müddət Buhenvald həbs düşərgəsində əzablar çəkib. Oradan canını birtəhər qurtarıb 1942-ci ilin dekabrından 1944-cü ilin iyul ayının 7-dək İtaliyanın müxtəlif partizan dəstələrində faşistlərə qarşı döyüşlərdə misilsiz şücaət göstərib. Müharibə qurtardıqdan sonra İtaliyada qalmayıb vətənə qayıtmışdır. Lakin vətəndə günləri xoş keçməmiş, başı çox bəlalar cəkmişdir. Hətta ona böhtan da atmışdılar. Bu böhtanlar bir müddət ayaq tutub yeriyib də. Ağstafa rayonunun Köçvəlli kəndindəki Lenin adına kolxozun sədri yuxarılara ondan teleqramlar göndərərək bildirib ki, o, vətən xainidir. Kolxoz sədrinin atdığı bu şərə, yalana inanıb Tahiri işdən azad ediblər. Atasının təklifi ilə evləndiyi həyat yoldaşı Dilbər də ondan üz döndərib, 6 aylıq körpəsi Ziyadxanı üstünə atıb: "Mən vətən xaininin həyat yoldaşı ola bilmərəm" - deyə atası evinə gedib.
- Sənə
verdiyim çörək
haram olsun. Rədd ol, bir
də gözümə
görünmə, - deyərək
atası onu övladlıqdan məhrum
edib.
Anası da:
"Südüm sənə
haram olsun, naxələf övlad",
- deyə ondan imtina edib.
Bu çətin anlarında ona rayonun Soyuq
bulaq stansiyasında yerləşən bir hərbi hissənin komandiri, polkovnik Juravlyov kömək edib. O, Tahiri rəhbərlik
etdiyi hərbi hissədə işə düzəldib. Lakin ona burada da işləməyə imkan verməyiblər.
Respublika
Daxili İşlər
Nazirliyi rayon şöbəsinin
rəisi polkovniki dilə tutub Tahiri işdən azad etdirib.
Bir müddət sonra o, kolxozda pambıq yığımında çalışıb. Başçılıq etdiyi manqa yığımda
fərqlənir, pambıq
yığımı planını
artıqlaması ilə
yerinə yetirir.
Onun bu uğuru kolxoz
rəhbərliyini narahat
etməyə başlayır.
Artıq
Tahir bu haqsızlıqlara dözə
bilməyib Gürcüstanın
Rustavi şəhərinə gedir və orada
metallurgiya zavodunda çilingər işləməyə
başlayır.
Vətənə qayıtdıqdan sonra Tahir İtaliyadakı partizan dostlarını unuda bilmirdi. O həm
də həyatının
bir parçasını
- partizan dostu və həyat yoldaşı Adelinanı və oğlu Slavanı da orada qoyub gəlmişdi.
Əlacı onlarla məktublaşmağa
qalırdı. Onlar Tahirin
geri qayıtmasını
və İtaliyada yaşamasını istəyirdilər.
Hətta bir dəfə İtaliyaya ilk
səfəri zamanı
oğlu Slava atasına dedi:
- İtaliyanın fəxri vətəndaşısan, bizim
yanımızda qal. Burda səni
yaxşı tanıyır
və sevirlər.
Tahir isə Vətəndən ayrı yaşaya bilməyəcəyini demiş,
yenə geri dönmüşdü.
O, partizan
dostları ilə bir də 35 ildən sonra 1980-ci ildə görüşdü.
Bu görüşdə o, partizan
dostlarına Azərbaycan
haqqında məlumatlar
verdi. Partizan dostları
arayıb axtarıb onun yerini öyrənmişdilər.
Öyrənmişdilər ki, o, Gürcüstanın
Rustavi şəhərində yaşayır, orada "Sentrmetalluq" idarəsində
çalışır.
Bundan sonra onun necə
insan olduğu, necə şərəfli ömür yolu keçdiyi hamıya məlum oldu. Həqiqət geç də olsa üzə çıxmışdı. İndi Tahiri bir məsələ
düşündürürdü. İstəyirdi ki, doğma
kəndi 1-ci Şıxlıda
onun fəaliyyətini
əks etdirən ev-muzeyi açılsın.
Bu barədə lazımi yerlərə müraciət də etmişdi. Bir gün aldığı teleqram bu arzunun
çin olacağından
xəbər verdi.
Azərbaycan KP Qazax
Rayon Partiya Komitəsinin
göndərdiyi teleqramda
yazılmışdı ki,
onun Böyük Vətən muharibəsindəki
və müharibədən
sonrakı illərdə
əmək fəaliyyətindəki
uğurları nəzərə
alınır, doğulduğu
1-ci Şıxlı kəndində
büstünün qoyulmasına
və ev-muzeyinin açılmasına qərar
verilib.
Bundan sonra kənddə onun ev-muzeyi açıldı. Muzeyə dəstə-dəstə insanlar
gəlməyə, bu əfsanəvi qəhrəmanın
həyat və fəaliyyəti ilə dərindən
Dünyanın hər üzünü görmüş bu müdrik insanın arzusu çin oldu. Ulu öndərin müdrik
siyasəti nəticəsində
ölkəmiz dünyanın
demokratik dövlətləri
tərəfindən tanındı
və sayılıb seçilməyə başladı.
Bu gün bu
siyasi kurs etibarlı əllərdədir
və ulu öndərin layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir.
Eldar NƏSİBLİ
Azərbaycan.- 2010.- 25 avqust.- S. 7.