ATƏT-in Parlament Assambleyasının Azərbaycanda keçiriləcək seçkiləri müşahidə edəcək missiyasına rəhbər təyin olunmuşdur

 

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqini aparacaq ATƏT-in Parlament Assambleyasının missiyasına rəhbər təyin etmişdir.

Bu vəzifəyə ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrak təyin olunmuşdur.

O, Azərbaycanda keçiriləcək parlament seçkilərinin səsvermə prosesini izləyəcək, ATƏT PA-da seçkilərin gedişi barədə məlumat verəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 26 avqust.- S. 1.