TÜRK PA-nın internet saytının təqdimatı
oldu
Dünən Türkdilli Ölkələrin
Parlament Assambleyasının
(TÜRK PA) internet saytının
(www.turk-ra.org) təqdimatı oldu. Bu münasibətlə Milli Məclisdə keçirilən tədbirdə
çıxış edən
TÜRK PA-nın baş
katibi Ramil Həsənov öncə təşkilatın yaranma
tarixi və fəaliyyəti barədə
məlumat verdi.
Bildirdi ki, TÜRK PA 21 noyabr
2008-ci ildə Türkiyənin
İstanbul şəhərində
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Türkiyə respublikalarının
parlament rəhbərlərinin
imzaladığı sazişlə
təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Bakı şəhərində
TÜRK PA-nın birinci
plenar sessiyası keçirilmişdir. Bu sessiyada parlament assambleyasının Reqlamenti,
Katibliyin Əsasnaməsi
və Bakı Bəyannaməsi, eləcə
də Katibliyin daimi əsasla Bakı şəhərində
yerləşməsi haqqında
qərarı qəbul
edilmişdir.
TÜRK PA-nın
əsas məqsədləri
parlamentlərarası əməkdaşlığın
keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi
ilə türkdilli dövlətlər arasında
siyasi dialoqun daha da inkişaf
etdirilməsinə kömək
göstərmək, tarixi,
mədəniyyət və
dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması
və parlamentlərarası
əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı
fəaliyyətin daha da sıxlaşdırılması,
türkdilli ölkələrlə
digər region ölkələr
arasında faydalı və bərabərhüquqlu
əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır.
TÜRK PA-nın
Parlamentlərarası İttifaq,
MDB PA, İKT PA, NATO PA, ATƏT PA və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını
uğurla inkişaf etdirdiyini deyən Ramil Həsənov TÜRK
PA-nın həyata keçirdiyi və planlaşdırdığı tədbirlər,
proqram və layihələr barədə
də ətraflı məlumat verdi.
Tədbirin yekununda qurumun internet saytı jurnalistlərə
təqdim olundu. Bildirildi ki,
sayt hələlik iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Yaxın
gələcəkdə isə
internet saytının qazax,
qırğız, türk
və rus dillərində də versiyaları olacaq. Saytda TÜRK
PA-nın yaranma tarixi, bu istiqamətdə
qəbul edilmiş hüquqi sənədlər,
TÜRK PA-nın fəaliyyətdə
olan rəhbərinin, milli nümayəndə heyətlərinin fəaliyyəti,
Baş Katiblik haqqında informasiyalar və sair məlumatlar
yerləşdirilmişdir.
Qeyd edək ki, tədbirdə
TÜRK PA-nın fəaliyyətinin
işıqlandırılmasında yaxından iştirak edən kütləvi informasiya vasitələrinin
nümayəndələrinə mükafatlar təqdim olundu.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 26 avqust.- S. 5.