Azərbaycanın Ukraynada
yeni təyin edilmiş
səfiri etimadnaməsini bu ölkənin Prezidenti Viktor
Yanukoviçə təqdim etmişdir
Avqustun 27-də Azərbaycan
Respublikasının Ukraynada yeni təyin edilmiş fövqəladə
və səlahiyyətli səfiri Eynulla Mədətli Kiyevdəki
Mariya sarayında etimadnaməsini bu ölkənin Prezidenti
Viktor Yanukoviçə təqdim etmişdir.
Səfir Eynulla Mədətli
Azərbaycan Prezidenti İlham Əliyevin səmimi
salamlarını Ukrayna dövlətinin
başçısına çatdırmışdır.
Viktor Yanukoviç də
onun səmimi salamlarını Prezident İlham Əliyevə
çatdırmağı xahiş etmişdir.
Prezident V.Yanukoviç
vurğulamışdır ki, Azərbaycan Ukraynanın strateji
tərəfdaşıdır. O, əmin olduğunu
bildirmişdir ki, Azərbaycan ilə Ukrayna arasında dostluq və
əməkdaşlıq münasibətləri bundan sonra da
inkişaf edəcəkdir.
Görüşün
sonunda Prezident Viktor Yanukoviç Eynulla Mədətliyə
Ukraynada diplomatik fəaliyyətində uğurlar
arzulamışdır.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2010.- 28 avqust.- S., 4.