Pakistanın nüfuzlu "Əl-Qamar" qəzetində Dağlıq Qarabağ haqqında məqalə dərc edilmişdir

 

AzərTAc xəbər verir ki, Pakistanın nüfuzlu "Əl-Qamar" qəzetində məşhur Pakistan jurnalisti Raci Əmir Bhattinin "Dağlıq Qarabağ münaqişəsi" sərlövhəli məqaləsi dərc edilmişdir.

Müəllif Dağlıq Qarabağın tarixindən və ermənilərin həmin ərazilərə köçürülməsi siyasətindən söhbət açaraq bildirmişdir ki, bu torpaqların əzəli əhalisi azərbaycanlılardır.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu problemin həllinə dair danışıqlar prosesinin gedişi, Azərbaycanın mövqeyi ilə bağlı məsələlərə xüsusi yer ayrılmışdır.

Jurnalist yazır ki, ermənilər Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qətnamələrinə əməl etmirlər. Məqalədə ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən də danışılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 avqust.- S. 1.