Bu yerlərin
abidələri minilliklərin
yadigarı idi
Qubadlının işğalından 17 il keçir...
Bir zamanlar duyğularımıza
sığal çəkən
yurd yerləri bu gün hicrana,
ayrılığa, dərdi-möhnətə
düçar olmuşdur.
Belə yurdlarımızdan biri də Cəbrayılla Füzulinin ardınca erməni vandalizminin qurbanına çevrilmiş
Qubadlıdır. O Qubadlı
ki bir vaxtlar
ziyarətinə gedilən
"Gavur dərəsi"ndəki
dördüncü yüzilliyin
yadigarı olan ibadətgah, V əsrdən
qalma "Qalalı"
və "Göyqala"
abidələri, XIV əsrin
yadigarı "Dəmirçilər
türbəsi", Hacı
Bədəl, Laləzar
körpüləri, eləcə
də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı
kəndlərindəki digər
abidələr və tarixin yaddaşı, maddi-mədəniyyət nümunələri,
əvəzsiz təbii
sərvətləri ilə
tanınırdı.
Qubadlı vətənimizin həm aranını, həm də dağını özündə birləşdirən
coğrafi məkanlarımızdan
biridir. Rayonun ərazisi təbiət
etibarilə əsasən
dağlıqdır. Qarabağ
silsiləsinin cənub-qərb
(Topağac dağı
- 2010 m., Pirdağ - 1316 m.), Bərgüşad silsiləsinin
şərq (Qartız
dağı - 1277 m.) və
Qarabağ yaylasının
cənub-şərq (Qurbantəpə
dağı - 1075 m.) hissəsinə
daxildir. Qarabağ yaylasının cənub-şərq
qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı
arasında) ərazisində
450 metrədək düzənliyə
enir və bu ərazidə Qarabağ silsiləsi maili və dalğalı
İncə düzünə
keçir.
Rayonun ərazisində bir sıra əlvan metallar yatağı olub. Burada Antropogen çöküntüləri
yayılıb. Əqiq yatağı
olması barədə
səhih məlumatlar vardır. İqlimi əsasən mülayim
isti, quru subtropikdir.
Qubadlının çayları barədə
söz açarkən
Bazarçay və Həkərinin adları
ilk olaraq çəkilir. Digər kiçik
çaylar onların qolları sayılır (Kiçik Həkəri və MeydandərəsiE).
Həmin
çaylardan əsasən
suvarma üçün
istifadə olunub.
Burada əsasən qəhvəyi
dağ-meşə torpaqları
yayılıb. Əsas bitki
örtüyü kolluq
və seyrək meşəli çəmənlərdir.
Dağ meşələrinin
(burada əsasən fıstıq, palıd, vələs vardır) sahəsi 13,2 min hektardır. Düşmən
boz kəkliyi, turacı, qırqovulu, göyərçini, çox
güman ki, bu yerlərdən perik salmaq gücündə
deyil, çünki onların yuvaları dağılsa da, Qubadlının səmalarını
süzürlər...
Tarixi minilliklərə gedib çıxan qədim Qubadlı ellərinin işğal altında olduğu illərdə təbiətinə tutulan
divan, bu yerlərdə
törədilən vandalizm
ilk növbədə özünü
tarixi-mədəni və
dini abidələrdə
ermənilərin qoyduğu
izlərdə göstərir.
Qubadlının işğalı təkcə
rəsmi rəqəmlərlə
ifadə oluna bilməz. Bu ulu
və qədim yurd yerinin tarixini
özündə qoruyub
saxlayan abidələr,
daşlaşmış yaddaşlar
ermənilərin qanlı
əlləri ilə məhv edilərək saxtalaşdırılmış, alban mənşəli abidələrdəki nişanələr
özgəninkiləşdirilmişdir.
1993-cü il avqust ayının 31-də
Ermənistanın təcavüzkarlığının
qurbanı olan Qubadlıda Azərbaycan tarixinin dəyərli nümunələri qaldı.
Rayonun ərazisində tarixi qədim dövrlərə
qədər gedib çıxan 12 maddi mədəniyyət və
dini abidələr vardı. İşğala məruz
qalan təkcə tarixin yaddaşı abidə-qalalar deyil, 94 kənd və qəsəbədə əhaliyə
200-dən artıq mədəni-məişət
obyekti, 111 mədəni-maarif
ocağı, o cümlədən
60 kitabxana, 10 mədəniyyət
evi, 28 klub, 23 kino-qurğu, eləcə də 6 avtoklub xidmət göstərirdi.
Rayonda ticarət müəssisələrinin
sayı 125-ə çatmış,
iaşə obyektləri
isə 96 idi. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin
mühüm əhəmiyyəti
vardı. Burada qorunub
saxlanan tarixin nadir incilərinin sayı 5 mindən çox və həm də qədim idi.
Qubadlının inzibati rayon kimi təşkili sovetlər dönəminə təsadüf etsə də, qədim yaşayış məntəqələrindən biri olub. 1933-cü ildə rayon mərkəzi kimi yaradılsa da, 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilanla birləşdirilib. Bir ildən sonra Qubadlı yenidən rayon mərkəzinə çevrilib. 802 kv.km. ərazini əhatə edən bu dağ rayonunun mərkəzi Qubadlı şəhəri idi. Şəhər işğala məruz qalanda əhalisinin sayı 56 min nəfərdən çox olub. Bərgüşad çayı Qubadlını iki hissəyə ayırsa da, Araz kimi həsrət simvolu deyil, birlik, bütövlük rəmzinə çevrilmişdi.
Rayonun əhalisinin məşğuliyyəti əsasən kənd təsərrüfatı və heyvandarlıq olub. Torpaqlarının 33629 hektarı kənd təsərrüfatına, 13958 hektarı isə əkinə yararlı hesab olunurdu. Ərazisinin 13,2 min hektarı meşələr idi ki, burada da kəsilməsi qadağan olunmuş nadir ağaclar var idi. Ona görə də burada dövlət qoruğu yaradılmışdı.
Qubadlı paytaxt Bakıdan 400 kilometr məsafədə yerləşir. O, Ermənistanla 120, Dağlıq Qarabağla 42 kilometrlik sərhəd zolağına malikdir. Eyni zamanda, Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlıda son illər təkcə kənd təsərrüfatı deyil, sənaye də inkişaf yoluna çıxmışdı. Rayonda 31 süd-əmtəə ferması (27-si tam mexanikləşdirilmişdi), yağ-pendir zavodu fəaliyyət göstərirdi. Ümumiyyətlə, Qubadlıda 62 idarə və müəssisənin fəaliyyət göstərməsi rayonun son illər sosial-mədəni sahədə inkişafına xeyli təsir göstərmişdi. Təhsil sahəsində əldə edilənlər burada fəaliyyət göstərmiş 21 orta, 15 natamam, 15 ibtidai, 1 əyani və 1 qiyabi orta-texniki məktəbdə çalışan 1280 müəllimin əməyinin nəticəsi hesab olunub. Qubadlının işğalından ötən müddət ərzində respublikamızın keçdiyi inkişaf yolu, xüsusən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı qətiyyətli mübarizə deməyə əsas verir ki, zəbt edilən ərazilərimiz düşməndən azad olunacaqdır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 29 avqust.- S. 4.