Volf Messinq fenomeni
Ötən əsrin 40-cı illərində Odessanın Puşkin küçəsindəki filarmoniyanın böyük salonunda Odessa yəhudilərinə yaxşı tanış olan bir maqın konsertinə şəhərin az qala, yarısı tökülüşüb gəlmişdi. Konsertin ortasında pərdə bağlandı və mülki paltar geymiş şəxslər çıxışçını özləri ilə aeroport rayonuna apardılar. Həmin çıxışçı Polşa vətəndaşı, dəqiq desək, işğal olunmuş Polşadan qaçqın düşmüş Volf Messinq idi. Onu təyyarə ilə Moskvaya, aeroportdan da birbaşa şəhərkənarı malikanəyə apardılar. Bir qədər sonra onun saxlandığı otağın qapısı açıldı və Stalin otağa daxil oldu.
- Sən kimsən və buraya nə üçün gəlmisən?
- Mən Polşa yəhudisiyəm, faşistlərin əlindən qaçıb sizə pənah gətirmişəm.
Stalin üz-gözünü turşutdu. Onun öz müttəfiqi Hitler haqqında pis danışan adamlardan xoşu gəlmirdi. Özü də yəhudiləri bir o qədər də xoşlamırdı.
Messinq söhbətin mövzusunu dəyişmək üçün dedi:
- Siz çox tənhasınız, yoldaş Stalin. Məni çətin dəqiqələrinizdə çağırsanız, sizə kömək edə bilərəm. Axı, mən bir dəfə əlimdə aparmışam.
Stalin qaşlarını çataraq sualedici nəzərlərini Messinqə yönəltdi.
Messinq:
- Mən sizin portretinizi parad
zamanı aparmışam.
- Siz deyəsən, həm də
yaxşı yumoristsiniz. Sabah Kremlə yanıma
gəlin. Buraxılış vərəqəsi
də lazım deyil. Oturub söhbət edərik.
Stalin bununla da,
söhbətini bitirdi.
Sonrakı
gün Messinq gözətçilərin yanından keçib
Kremlə gəldi. Onu dahi rəhbərin kabinetinə
buraxdılar. Kabinetdə ona portretlərindən
- İndi də
nə bacardığınızı göstərin.
- Əgər mənə
inanırsınızsa, əlimdən çox şey gəlir. Lakin masa
arxasında komissar əyləşib. O, Beriyanı
göstərdi. - O, olan yerdə mən işləyə bilmərəm.
Stalin üzünü Beriyaya
tutub əmr etdi:
- Lavrenti, çıx otaqdan,
- dedi, - indi cənab Messinq, partiya üçün, xalq
üçün vacib olanlardan danışın.
Messinq başa
düşürdü ki, onun taleyi həll olunur. O, dahi rəhbərin fikrini
oxumağa başladı. Fikir verdi ki,
Stalinin yanında daha bir qafqazlı oturub. Onun
adı Ter-Petrosyan, ləqəbi Kamodur. Messinqin
gözləri önündə belə bir mənzərə
canlandı. Kamo Stalinlə birlikdə bank
yarıb içərisi pul dolu kisəni
qaçırdırlar. Kamonu tuturlar. Stalin isə Tiflisin duxanlarının birində əyləşib
nəsə gözləyir.
- Əgər mənə
inanırsınızsa, dövlət bankında pulları
müsadirə edə bilərəm, yoldaş Stalin.
- Partiya bunu sizə
tapşırır, - dedi Stalin. Messinqin
qulağına başqa bir səs - Leninin səsi gəldi.
Lenin öz əlaltısını "eksə"
(partiya pullarını bankdan almaq üçün həvəsləndirirdi.
Komissiya təşkil
olundu. Messinq
komissiya üzvlərinin müşayiəti ilə Neqlinni
küçəsindəki mərkəzi banka
gəldi. Binaya girib xəzinədara ağ
kağız parçası təqdim edərək ondan yüz
min rubl pul verilməsini istədi. Həmin
dövr üçün bu, böyük məbləğ idi.
Xəzinədar pulu verməzdən əvvəl,
sənədləri diqqətlə yoxlamalı idi. Messinq ona nə edəcəyini fikrən
çatdırırdı. Pulu alan
kimi portfelə qoyub Kremlə yollandı. Dahi rəhbərin
kabinetində təzə pul paçkalarını stolun
üstünə qoyandan sonra Stalin Messinqə kabinetdən
çıxmasını xahiş etdi. O, kabinetdə
oturanlardan soruşdu:
- Buna nə deyirsiniz?
Beriya dərhal:
- Mərkəzi bankda işləyənlər
xalq düşmənləridir, Messinq isə şübhəli
adamdır. Mən onunla məşğul olaram, - dedi.
Stalin Beriyaya tərs-tərs
baxıb qeyzlə dedi:
- Əgər sən
fikirləşirsən ki, özündən ağıllı
olan kəs təhlükəli adamdır, deməli, tutduğun
vəzifəyə layiq deyilsən. Bu adamın başından bir tük
əskik olsa, onda özündən küs, - sağ əlini
bıçaq kimi boğazına çəkdi - sən ki, məni
yaxşı tanıyırsan, Lavrenti!E
Messinq 1899-cu
ildə Polşada dilənçi həyat tərzi sürən
bir yəhudi ailəsində doğulmuşdu. Onun məktəbdə
dərs oxuması ilə arası yox idi. Messinq
atasının təkidi ilə lap uşaqlıqdan yəhudilərin
dini kitabları olan Tövrat və Talmud oxuyurdu.
Bir dəfə
atası siqaret almaq üçün onu yaxınlıqdakı
dükana göndərmişdi. O, evə qayıdarkən artıq
hava qaralırdı. Birdən yolda başı üzərində
əmələ gələn kölgədən nagahani səs
eşitdi: "Məni Allah sənin yanına göndərib. Sən xalqımızı qorumalısan. Məktəbə
get, dərs oxu!"
Volf bu səsdən
diksinərək bərk qorxdu və huşunu itirərək
yerə sərildi. Huşu başına gələndə mənəviyyatının
tamam dəyişdiyini hiss etməyə başladı. Ona elə gəldi ki, yaşadığı dünya
ona dar gəlir. Hansısa bir qüvvənin
təsiri altında baş götürüb haraya isə tələsir.
O, bu hisslərin təsiri altında günlərin birində dərsdən
qaçıb dəmir yol vağzalına üz tutdu. Stansiyadan yola düşən bir qatarın vaqonuna minərək
oturacaqlardan birinin altında özünə yer elədi.
Məqsədi
- Vətəndaş,
oturacağın altından çıx və biletini göstər.
Volfun bədənindən
keçən qorxu hissi onu şok vəziyyətinə
saldı. Dərhal əlini vaqonun döşəməsinə
sürtərək tapdığı kağız
parçasını qorxa-qorxa bələdçiyə
uzatdı. Bələdçi kağız
parçasını diqqətlə nəzərdən
keçirəndən sonra əlindəki komposterə salıb
yoxlama işarəsi vurdu və oğlana qaytararaq dedi:
- Biletin ola-ola
nə üçün oturacağın altına girmisən,
görmürsən ki, vaqonda boş yer çoxdur?
Messinq vaqon konduktoru ilə bu
əhvalatdan sonra özündə hipnoz qabiliyyəti
olduğunu hiss etmişdi. Gücü olduğuna
inanmışdı. Qatar Berlinə
çatandan sonra Volf böyük əziyyətlərə
düçar oldu. Pulu və sənədi
olmayan gənc səfil həyatı sürmək məcburiyyətində
qalmışdı. Günlərin birində
ac və susuzluqdan Messinq huşunu itirərək küçədə
qalmışdı. Onun cansız bədənini
xəstəxanaya apardıqdan sonra tənəffüsünün
tamam dayandığını görüb morqa
aparmışdılar. Morqda
çalışan bir tələbə onun tənəffüs
etdiyini sezib yenidən palataya köçürülməsi barədə
təşəbbüs göstərmişdi. O dövrdə
Almaniyada yaşayan məşhur həkim Abel Messinqi nəinki
ölümdən xilas etmişdi, həm də onun hipnotik
imkanlarını da üzə çıxarmışdı. Doktor Abel xəstəni müayinə edərkən
düşünmüşdü ki, onu polisin əlinə vermək
gərəkdir. Messinq dərhal ağlamsınaraq: "Məni
polisə verməyin" - demişdi. Doktor: "Mən ki belə
söz deməmişəm" - söyləyərək təəccüblənmişdi.
Messinq doktora: "İndi siz bu barədə
düşünürdünüz - söyləyir. Doktor Abel xəstənin adamın başından
keçən fikirləri duymaq qabiliyyəti olduğunu da
müəyyənləşdirmişdi.
Messinqin
qeyri-adi bacarığını Eynşteyn, Freyd, Rabindranat
Taqor kimi görkəmli şəxsiyyətlər də
sınağa çəkmiş və qərara gəlmişdilər
ki, Messinq müasir elmi nailiyyətlər şəraitində
izahı mümkün olmayan möcüzədir.
Amma Messinq
konsert salonlarında çıxış edən artist idi. Çıxışları
zamanı içindən gələn səsi eşidirdi.
"Sən xalqını xilas etmək
üçün doğulmusan".
1933-cü ildə
Hitler hakimiyyətə gələndən sonra bütün
Avropada antisemitizm baş qaldırmışdı. Messinq Polşa qrafı
Gertoriyskinin xahişi ilə qiyməti təqribən bir milyon
məbləğində qızıl pul olan brilyant bəzək
sancağını tapdıqdan sonra ona çatacaq 200 min
qızıl puldan imtina etmiş və qrafdan xahişi bu
olmuşdu ki, seym üzvü kimi yəhudilərin
hüquqlarının tapdanmasına imkan verən qanunun ləğvinə
yardım göstərsin. Gertorıyski də
Messinqin xahişini yerinə yetirmişdi.
Avropada almanlar
üçün böyük təhlükə Almaniyadan gəlirdi. Məhz
Almaniyada nasist Nürnberq qanunları qəbul olunmuşdu.
"Kristal gecə" talanları
hazırlanırdı. Messinq qorxunc gələcəyi
həqiqətdə olduğu kimi görürdü.
1937-ci ildə Messinq
Varşava teatrlarının birində bildirmişdi: "Əgər
Hitler Şərqə müharibə ilə getsə, bu, onun məhvi
olacaq".
Yalnız Hitler
Messinqin uzaqgörənliyinə əhəmiyyət
vermişdi. Hitlerin Qaussen adlı gələcəyi xəbər
verən baxıcısı var idi. Həmin
görücü də yəhudi idi. Hər
iki görücü - yəhudinin görücülüyü
ziddiyyət təşkil edirdi. Hitler əvvəlcə
Qaussenə, sonra isə Messinqə divan tutmağı qərara
almışdı. Qaussen
öldürüldü, Messinqin başına isə 200 min
marka qiymət qoyuldu.
Varşavanın
süqutundan sonra Messinq faşistlərin əlinə
keçdi. Onu şəhərdə tanıyıb gestapoya
apardılar, ölümlə üz-üzə, göz-gözə
qoydular.
O, bütün
gestapoçulara otaqlardan birinə toplaşmaq fikrini əmr
etdi və özü də yumaq kimi yığışaraq
binadan siçan kimi səssiz çıxdı.
1939-cu ilin
payızı idi. Messinq gah qayıqda, gah da arabada sovet sərhədindən
keçdi. Rusiya və Almaniya müttəfiq
sayıldıqlıarı üçün SSRİ də
Polşa yəhudilərini könülsüz qəbul edirdi.
Messinq həm də fikirləri uzaqdan oxuya bilən
yəhudi kimi böyük şübhə doğururdu. Lakin hakimiyyət orqanları Messinqin SSRİ-yə
keçməsinə icazə verildiyi üçün o,
konsertlər təşkil etməyə
başlamışdı. Messinqin
çıxış etdiyi zallar ağzına kimi dolu olurdu.
Tamaşaçıları onun psixoloji təcrübələrindən
daha çox, müharibənin olub-olmayacağı barədə
verilən suallara alınan cavablar maraqlı idi. Müharibənin nə vaxt başlaya biləcəyi
və kimin qalib gələcəyi hamını
düşündürürdü. Messinq
müharibənin tez bir zamanda başlayacağını
bildirdi.
Beriya Stalinin
onu Messinqin yanında alçaltması əhvalatını
unutmamışdı. Buna görə də telepat Messinqi
ifşa etmək istəyirdi.
Stalinlə
ikinci görüşündən sonra Messinqin mənzilinə
zəng vuruldu.
Gələn adamlar dedilər ki, "Volf
Qriqoryeviç, yoldaş Stalin Sizi sabah öz bağına dəvət
edir". Messinqə bağın nə
ünvanını, nə də buraxılış vərəqəsini
verdilər. Səhərisi gün Stalin
yaşadığı bağ evinin bağçasında stol arxasında oturub işləyirdi. O,
mühafizəçilərin dəvət olunmamış
alçaqboylu bir nəfəri bağa buraxdıqlarını
görəndə diksindi. Gələn adam
Messinq idi. Stalinin rəngi hirsindən
ağardı. O, Messinqdən bağa necə gəldiyini
soruşdu:
- Məni Beriya
dəvət edib. Mən gələrkən fikrən mühafizəçilərə
deyirdim ki: "Mən Beriyayam, mən Beriyayam". Bilirdim ki, yoldaş Beriyanı heç kimin
saxlamağa hünəri çatmaz".
- Sən doğrudan da, təhlükəli
adamsan! Beriya sənin təhlükəli adam
olmağın barədə düzünü deyib. Sənin
üzündən mənim Hitlerlə
- Bəli, həm də
tezliklə, yoldaş Stalin! Müharibə
labüddür. İyunun son
ongünlüyündə - iyunun 22-də başlayacaq.
- Səhv etsən,
başınla cavab verəcəksən! İndi də
çıx get və çərənçiliyinə son qoy.
Bunu mən sənə əmr edirəm!
Müharibə
22 iyun 1941-ci ildə başladı. Stalin ruh
düşkünlüyü içərisində idi. Yanına heç kimi buraxmırdılar. Onun pərişan halında Messinq Stalinin yanına gəlib
dahi rəhbəri özünə gətirə bildi. Stalin xalqa radio ilə müraciət etdikdən sonra
Messinq Moskvadan uzaqlara getdi. Messinq arxa cəbhədə
və cəbhənin özündə çıxışlar
edirdi. Adına da qəzetlərdə təsadüf
olunurdu. Messinqin puluna qırıcı təyyarə
düzəldiləndən sonra Stalin onun adına
razılıq teleqramı göndərmişdi. Həmin
vaxtlarda Messinq adamlar arasında uzaqgörücülük fəaliyyəti
ilə məşğul olmamağa
çalışırdı. Məlum
olduğu kimi, Stalinin antisemitizmi özünü müharibə
qurtardıqdan sonra yox, müharibənin qızğın
çağlarında göstərməyə
başlamışdı. Yəhudi zabitlərini
ordudan kənarlaşdırıb türmələrə
göndərirdilər. Stalin yəhudilərin
hamısını ABŞ-ın agenti hesab edirdi. Amerikanın müttəfiq sayılmasına
baxmayaraq, Stalin fikirləşirdi ki, amerikalıların Norilsk
rayonuna çoxsaylı qulaq məhbuslarının köməyi
ilə hərbi hissələr çıxarmaq və
faydalı qazıntılarla zəngin həmin ərazini zəbt
etmək niyyəti vardı. O, bu paranoidal ideyanı əsas
tutaraq mərkəzdən Peçoraya və Taymır
yarımadasına gedən dəmir yolunu uzatmaq əmri
vermişdi. Bu məqsədini həyata
keçirmək üçün Stalinə milyonlarla
inşaatçı lazım idi. O, bu problemi həll etmək
üçün şimal regionuna yüz minlərlə adam göndərmək, eyni zamanda, yəhudi
xalqını qırmaq niyyətində idi. Bu məsələdən
Messinqin də xəbəri vardı. O, Stalinin qəzəbinə
tuş gələcəyini bilə-bilə Novosibirskin
"Krasnıy fakel" teatrında çıxışı
zamanı bildirmişdi ki, müharibə qələbə ilə
1945-ci ilin yazında qurtaracaq. Bu barədə
özü Stalinə məlumat verəcək. Stalin
Messinqi dərhal Moskvaya çağırdı və dedi:
- Məgər bilmirsən ki,
mən sənin kütlə qarşısında
çıxış etməyinə qadağa qoymuşam?! Məgər bilmirsən ki, biz almanları bir
neçə gün bundan əvvəl Kursk və Oryol ətrafında
əzmişik?! Sən isə demisən ki, müharibə
hələ iki il davam edəcək.
- Bəlkə də daha
çox! Bu sizdən asılıdır! Məsləhətdir
ki, Taymıra yol çəkilməsini, onunla əlaqədar
olan bütün işləri dayandırasınız.
Stalin Messinqin
boğazından yapışıb soruşmuşdu:
- Sən kimin agentisən? Hitlerin, yaxud Çörçillin?
- Mənə uşaq
vaxtlarımda bir səs gəlmişdi ki, xalqımı xilas
edim. Həm də ömrünüzün sonunda
Sizin özünüzə də dostsuz, həkimsiz tək
qaldığınız bir vaxtda köməyimi əsirgəməyim.
Messinq Stalinin
yanına bir də 10 ildən sonra gəlmişdi. Artıq yəhudi
həkimlər həbsə alınmış, Stalin tibbi yardımdan
məhrum olmuşdu. Ölkədə
antisemitizm tüğyan edirdi. "Dünya
xalqlarının dahi" rəhbəri ömrünün son
günlərində "yəhudi məsələsinə"
son qoymaqla məşğul idi. Rusiya yəhudilərini
yalnız Stalinin ölümü xilas edə bilərdi. Martın 5-də yəhudilərin böyük bayramlarından
birində dahi rəhbər həyatı ilə
vidalaşdı.
Stalinin qəfil
ölümü indiyədək sirr olaraq qalır. Axı, Stalin sağlam adam idi. Hətta Siyasi Büronun
üzvləri ilə sərxoşluq da edirdi. Həmin məclislərin biri qurtarandan sonra otaqlardan
birinə çəkilərək heç kimin həmin
otağa buraxılmamasını istəmişdi. Həmin
otağa gələnlər Stalinin can verdiyini
görmüşdülər.
Bir dəfə Stalin Messinqə
demişdi:
- Sən öz yəhudilərin
üçün xahişə gəlmisən? Siz
hamınız xalq düşmənlərisiniz. Sizi eyni aqibət gözləyir, sən yəhudini də.
Sən ki gələcəyi görənsən.
Bilirsən ki, nə vaxt öləcəksən?
- Sizdən sonra, yoldaş
Stalin.
- Deməli, sən mənim nə
vaxğt öləcəyimi bilirsən.
- Tezliklə - yəhudi
bayramında. Əgər həmin gün adi
günlərdən biri olsa, yəhudilər onu yenə də
bayram edəcəklər. Yeri gəlmişkən,
bu gün Purimdir, yəhudilərin düşməni Amanın
öldüyü gündür. Sizin də
bu gün öləcəyiniz mümkündür.
Stalinin qorxudan
gözləri alacalandı, ağzını açıb nəsə
demək istədi, amma səsi çıxmadı. Birdən
göz qapaqları bağlandı və Stalin canını tapşırdı.
Onun meyitini 20 saatdan sonra tapıb divana qoydular.
Messinq hökumət bağına sakitcə gəldiyi
kimi, sezilmədən də getdi.
Bütün bunları
arvadı Mariya danışmış və demişdi ki,
Messinqin dediklərini qoy heç kim bilməsin,
onsuz da buna inanmayacaqlar.
Arif HÜSEYNOV
Azərbaycan.- 2010.-29 avqust.- S. 5.