Malayziyanın Ali
Başçısı əlahəzrət Tuanku
Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi
Billah Şaha
Əlahəzrət!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 31 avqust.- S. 1.