Qırğızıstan
Respublikasının keçid dövrü Prezidenti
zati-aliləri xanım Roza Otunbayevaya
Hörmətli xanım
Prezident!
Qırğızıstanın milli bayramı - Dövlət müstəqilliyi
günü münasibətilə
Sizi və xalqınızı Azərbaycan
xalqı adından və öz adımdan təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Qırğızıstan
münasibətləri öz
tarixi ənənələrinə
uyğun olaraq bundan sonra da
dostluq və əməkdaşlıq məcrasında
öz inkişafını
davam etdirəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan
xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 31 avqust.- S. 1.