Türkiyədə Zəfər
Bayramı qeyd olunur
Türkiyədə Zəfər Bayramı və Silahlı Qüvvələr Günü geniş şəkildə qeyd olunur.
İlk bayram mərasimi paytaxt Ankarada olmuşdur. Silahlı Qüvvələrin Baş Qərargahının
rəisi, ordu generalı İşık
Koşaner və digər generallar Türkiyə Respublikasının
banisi Mustafa kamal Atatürkün mavzoleyinə
əklil qoymuşlar.
Sonra ordu generalı İşık Koşaner Silahlı Qüvvələrin
Baş Qərargahındakı
"Şərəf" salonunda
bayram təbriklərini
qəbul etmişdir. Türkiyə
Prezidenti Abdullah Gül,
Türkiyə Böyük
Millət Məclisinin
sədri Məhmət
Əli Şahin, nazirlər və millət vəkilləri öz təbriklərini çatdırmışlar.
İstanbulda keçirilən bayram mərasimində vali Hüseyn Avni Mutlu, Birinci ordu komandanı, ordu generalı Hayri Kıvrıkoğlu və digər rəsmi şəxslər
iştirak etmişlər. Onlar Taksim
meydanında Atatürkün
abidəsinin önünə
əklil qoymuşlar.
Türkiyədə Zəfər
Bayramı 88 il
əvvəl Mustafa Kamal
Atatürkün "Meydan
savaşı" adlanan
döyüşdə parlaq
qələbəsinin ildönümüdür.
Azərbaycan.- 2010.-31 avqust.- S. 3.