Böyük Britaniyanın Azərbaycandakı
səfiri Qubadakı kütləvi məzarlığı ziyarət
etmişdir
Avqustun 30-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun Qubaya səfər etmişdir.
Diplomat Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov ilə görüşmüşdür. Görüşdə qonağa rayonun sosial-iqtisadi, mədəni, eləcə də turizm imkanları barədə ətraflı məlumat verilmişdir.
K.Braun Qubadakı soyqırımı məzarlığını da ziyarət etmişdir. Səfirə ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi vəhşiliklər haqqında ətraflı danışılmışdır.
Səfər çərçivəsində diplomat siyasi partiyaların və QHT-lərin nümayəndələri ilə görüşəcək, Qırmızı qəsəbədə və Xınalıq kəndində də olacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 31 avqust.- S. 3.