Bakı-Rusiya Federasiyası
dövlət sərhədi
avtomobil yolunun əsaslı şəkildə
yenidən qurulmuş
34 kilometrlik hissəsinin
açılışı olmuşdur
Prezident
İlham Əliyev avqustun 12-də Bakı-Quba-Rusiya
Federasiyası dövlət
sərhədi avtomobil
yolunun əsaslı şəkildə yenidən
qurulan 131-165-ci kilometrlik
hissəsinin açılışında
iştirak etmişdir.
Prezident
İlham Əliyevə
qədim Şabran şəhərinin maketi nümayiş etdirildi və aparılan arxeoloji qazıntılar, həmçinin Çıraqqala
tarix və memarlıq abidəsinin maketi əsasında burada həyata keçiriləcək tədbirlər
barədə məlumat
verildi.
Nəqliyyat
naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya
Federasiyası dövlət
sərhədi avtomobil
yolunun 131-165-ci kilometrliyində
görülən işlər
və yeni layihələr barədə
dövlət başçısına
ətraflı məlumat
verdi.
Bildirildi
ki, 34 kilometrlik bu yolun inşasına
2009-cu ilin iyulunda başlanıb və tikinti 2 mərhələdə
aparılıb. Birinci
mərhələdə 15 kilometrlik,
ikinci mərhələdə
isə qalan 19 kilometrlik hissə əsaslı bərpa edilib. Nəqliyyat Nazirliyinin sifarişi ilə yenidən qurulan bu yolun
torpaq yatağının
eni 15 metr, hərəkət hissəsinin
eni isə 7,5 metrdir. Yolun 2 hərəkət zolağı
vardır və örtüyü asfalt-betondur.
Bakı-Quba-Rusiya
Federasiyası sərhədi
avtomobil yolunun yenidən qurulan 34 kilometrlik bu hissəsindəki 7 körpüdə
təmir işləri
aparılıb.
Prezident
İlham Əliyev yolun müasir standartlara uyğun yenidən qurulmuş 34 kilometrlik hissəsinin açılışını bildirən lenti kəsdi.
Dövlət
başçısı inşaatçıları
təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-
2010.- 13 avqust.- S. 1.