Azərbaycan Respublikası
Prezidentinin Mətbuat
Xidmətinin
AÇIQLAMASI
Bu günlərdə
"Wikileaks" internet saytında
ABŞ rəsmilərinin xarici
dövlət başçıları
və nümayəndələri
ilə keçirdikləri
görüşlərin guya
"bəzi gizli məqamlarını" əks
etdirən materiallar yayılmışdır. Həmin materiallarda
Azərbaycan Respublikası
Prezidentinin ABŞ-ın
rəsmi nümayəndələri
ilə keçirdiyi görüşlə bağlı
da bəzi fikir və mülahizələr
əks olunmuşdur.
Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevə
aid edilən fikir və mülahizələr
qətiyyən həqiqəti
əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın
qonşu dövlətlərlə
münasibətlərini korlamaq,
ölkə başçıları
arasında inamsızlıq
və etimadsızlıq
yaratmaq məqsədi daşıyan açıq
təxribatdır. Prezidentin leksikonunda
saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyildir.
Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili
siyasət məsələlərinə
qarışmayıb və
hər zaman region dövlətləri ilə
mehriban qonşuluq əlaqələrinin saxlanılmasına,
inkişaf etdirilməsinə
xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən
görüş və
çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın
ifadə edib. Ölkənin xarici siyasəti
həmişə müstəqil,
davamlı, məntiqli
və səmimi olmuşdur.
Azərbaycan.-
2010.- 1 dekabr.- S.1.