Rumıniyanın Prezidenti
zati-aliləri
cənab Trayan Beseskuya
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Azərbaycan-Rumıniya münasibətləri bu gün dinamik və hərtərəfli
inkişaf yolundadır. Dost ölkələrimizin istər
ikitərəfli, istərsə
də çoxtərəfli
qaydada əməkdaşlığı
tərəfdaşlıq xarakteri
alaraq daim öz əhatə dairəsini genişləndirməkdədir.
Əminəm ki, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində
böyük əhəmiyyət
kəsb edən irimiqyaslı layihələrin
gerçəkləşməsi istiqamətində səylərimiz
ölkələrimizin çiçəklənməsinə
və xalqlarımızın
rifahına töhfələr
verəcəkdir.
Bu xoş gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Rumıniya
xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 noyabr
2010-cu il
Azərbaycan.-
2010.- 1 dekabr.- S.1.