Azərbaycan Prezidenti İlham ƏIiyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü

 

Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü olmuşdur.

Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunuldu. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.

 

AzərTAc

 

Azərbaycan.-2010.- 2 dekabr.- S. 2.