Azərbaycan Prezidenti
İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü olmuşdur.
Görüşdə
Azərbaycan ilə Niderland arasında
müxtəlif sahələrdə əməkdaşlıq
imkanları müzakirə edildi, bu istiqamətdə müəyyən
addımların atılmasına ehtiyac olduğu vurğulandı. Bildirildi
ki, səfirliklərin açılması
ölkələrimiz arasında əməkdaşlığa
töhfə verir.
Görüşdə
Azərbaycan ilə Niderland arasında
əməkdaşlığın Azərbaycan-Avropa
İttifaqı əlaqələri baxımından
əhəmiyyəti vurğulandı.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S.2.