Azərbaycan Prezidenti İlham Əliyevin və Avstraliyanın
xarici işlər naziri Kevin Raddın
görüşü
Dekabrın
1-də Astanada Azərbaycan
Prezidenti İlham Əliyevin və
Avstraliyanın xarici işlər
naziri Kevin Raddın görüşü
olmuşdur.
Kevin Radd ölkəsinin Azərbaycan
ilə həm ikitərəfli, həm də təhlükəsizlik,
ekologiya və qlobal məsələlərdə əməkdaşlığı
inkişaf etdirməkdə
maraqlı olduğunu dedi. O, Avstraliyada Azərbaycan icmasının
olduğunu bildirdi.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı
inkişaf etdirə
bilər. Azərbaycanın son illər bütün sahələrdəki
inkişafından danışan dövlətimizin
başçısı dedi ki, Avstraliya şirkətlərinin
Azərbaycanda fəaliyyəti üçün
hər cür şərait
vardır.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınması məsələsinə toxunuldu.
Prezident İlham Əliyev
münaqişənin həlli ilə bağlı Azərbaycanın
mövqeyindən danışdı.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S.2.