Azərbaycan Prezidenti İlham
Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü
Dekabrın
1-də Astanada Azərbaycan Prezidenti İlham
Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü
olmuşdur.
Görüşdə Azərbaycan ilə
Gürcüstan arasında strateji
tərəfdaşlığa söykənən əlaqələrin
müxtəlif sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə edildi.
İqtisadi sahədə, o
cümlədən ölkələrimizin birgə həyata
keçirdikləri enerji layihələri,
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
ilə bağlı məsələlər müzakirə edildi.
Dövlət
başçıları əlaqələrimizin bundan sonra da
genişlənəcəyinə əminliklərini bildirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 3.