Azərbaycan Prezidenti İlham
Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü
Dekabrın
1-də Astanada Azərbaycan Prezidenti İlham
Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü
olmuşdur.
Görüşdə
Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin
uğurlu inkişafından məmnunluq
ifadə edildi, ölkələrimizin enerji sahəsində əlaqələrinin xüsusi əhəmiyyəti qeyd
olundu. Bildirildi ki, bu sahədə əməkdaşlığın
daha da genişləndirilməsi
üçün yaxşı perspektivlər
vardır.
Görüşdə
Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi məsələləri
ətrafında fikir mübadiləsi
aparıldı.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı məsələlərin
müzakirə olunduğu
görüşdə Prezident İlham Əliyev münaqişənin həlli
ilə bağlı Azərbaycanın mövqeyindən
danışdı.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 3.