SPECA ölkələrinin
ticarətə yardım təşəbbüsü üzrə
10 illik yol xəritəsi
hazırlanmışdır
Dekabrın
1-də Bakıda SPECA ölkələrinin Ticarətə
yardım təşəbbüsü üzrə Nazirlər
konfransı öz işinə
başlamışdır.
Ölkə
rəsmilərinin və beynəlxalq qurumların nümayəndələrinin
iştirak etdiyi tədbiri
giriş sözü
ilə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov
açmışdır. O, qonaqlara
SPECA-nın məqsədləri, Azərbaycanın proqrama üzvlüyü, konfransdan gözlənilən nəticələr
barədə məlumat vermişdir. Nazir müavini bildirmişdir ki, təşəbbüsün
əsas məqsədi iqtisadi inkişafda ticarətin rolunu
artırmaqdır. Bu inkişafın 3 istiqamətdə həyata
keçirilməsinin məqsədəuyğun olduğunu
bildirən N.Səfərov bunların ticarət siyasəti və
tənzimləmə, ticarət qurumları arasında əlaqələrin
düzgün qurulması və inkişaf etdirilməsi, risk
menecmentinin səviyyəsinin
artırılması olduğunu
vurğulamışdır.
Konfransın
2020-ci ilədək nəzərdə tutulmuş
gələcək işini əks etdirən
yol xəritəsi
hazırlanmışdır. Nazir müavini Azərbaycanın yol
xəritəsində göstərilən bütün
müddəalarla razı olduğunu demişdir. Burada donorların köməyini xüsusi
qeyd etmək də lazımdır. 2007-ci
ilədək göstərilən yardımların ümumi məbləği 25,4 milyard
dolları keçmişdisə, cari ilin sonunadək bu rəqəmin
40 milyard dollara
çatması gözlənilir. N.Səfərov, həmçinin
onu da bildirmişdir
ki, açıq dənizə
çıxışı olmayan SPECA
ölkələri milli iqtisadi
inkişafda və həyat səviyyəsinin
yüksəldilməsində regiondaxili
ticarətin potensialından hələ də tam
istifadə etmirlər.
Digər natiqlər də SPECA ölkələri
arasında ticarət dövriyyəsinin artırılması, kiçik və orta
sahibkarlığın dəstəklənməsi, yerli xammaldan daxili məqsədlər üçün
istifadənin gücləndirilməsi və bununla
da yerli istehsalın səviyyəsinin
yüksəldilməsinin vacibliyini qeyd etmişlər.
SPECA
BMT-nin Mərkəzi Asiya,
Əfqanıstan və Azərbaycanı nəzərdə tutan xüsusi
proqramıdır və Azərbaycan hökuməti tərəfindən
dəstəklənir.
Tədbirdə
üzv ölkələrlə
yanaşı, Finlandiya, İsveçrə,
Rusiya, Fransa, eləcə
də müxtəlif beynəlxalq təşkilatların
nümayəndələri iştirak edir.
Konfrans iki gün davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 5.