Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhyana

Əlahəzrət!

Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S. 3.