Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma

 

Əlahəzrət!

Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza sülhrifah arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S. 3.