Laos Xalq Demokratik
Respublikasının Prezidenti zati-aliləri
cənab Çoummali Sayasoneyə
Hörmətli
cənab Prezident!
Milli bayramınız - Laos Xalq Demokratik
Respublikasının elan edilməsi günü münasibətilə Sizə və
xalqınıza təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Laos
münasibətləri xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da
dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Sizə
möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
22 noyabr 2010-cu il
Azərbaycan.-2010.-2 dekabr.-S.3.