Xəzərin hüquqi statusu ilə bağlı məsələdə irəliləyiş var

 

Sürətlə qloballaşmaqda olan müasir dünyada həlli getdikcə daha böyük aktuallıq kəsb edən məsələlərdən birienerji təhlükəsizliyinin təmin olunmasıdır. Çünki buna nail olunmadan dünya iqtisadiyyatının davamlı inkişafına, eləcə də beynəlxalq təhlükəsizliyin möhkəm özüllər üzərində qurulmuş təminatına nail olmaq mümkünsüzdür. Hazırda qlobal enerji təhlükəsizliyinin təminində xüsusi çəkisi getdikcə artan bölgələrdən biri kimi Xəzər hövzəsi çıxış edir. Elə bu səbəbdən də Xəzərə beynəlxalq miqyasda diqqət kifayət qədər böyükdürsirr deyil ki, dəniz həm də geosiyasi müstəvidə xüsusi maraq obyektidir. Təbii ki, Xəzərin geosiyasətin ən mühüm məkanlarından biri qismində yer almasını şərtləndirən amil təkcə onun zəngin enerji resurslarına malik olması deyil, eyni zamanda coğrafi baxımdan strateji əhəmiyyət daşıması, nəqliyyat kommunikasiyası sahəsində aparıcı yer tutması, böyük bir sahəni əhatə edən region dövlətləri, ilk növbədə sahilyanı ölkələr arasında iqtisadi əməkdaşlıq nöqteyi-nəzərindən kifayət qədər böyük önəm daşımasıdır.

 

Rasim Bayramov

 

Azərbaycan.- 2010.-2 dekabr.- S. 4.