İordaniyada Azərbaycan Mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirilmişdir

 

İordaniyada keçirilən Azərbaycan Mədəniyyəti günlərində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyətturizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirmişdir.

Ölkəmizin İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, turizm tarixi abidələr naziri Zeyd Qussus ilə görüşdə Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Bununla yanaşı, Bakı ilə Əmman arasında birbaşa təyyarə reysinin bərpası ilə əlaqədar danışıqların müsbət nəticələnəcəyinə inam ifadə edilmişdir. Ə.Qarayev İordaniya turizm şirkətlərini Bakıda keçirilən turizm sərgilərində iştiraka dəvət etmişdir.

Ə.Qarayevin İordaniyanın mədəniyyət naziri Nəbih Şəqamla görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin hazırkı səviyyəsi, tərəflər arasında 3 illik əməkdaşlıq proqramının işlənib hazırlanması, habelə gələcək layihələr müzakirə edilmişdir. Ə.Qarayev iordaniyalı həmkarını gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmişdir.

İordaniya Milli Kitabxanasında bu kitabxana ilə M.F.Axundzadə adına Milli Kitabxana arasında Anlaşma Memorandumu imzalanmışdır.

İmzalanma mərasimindən sonra M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən İordaniya Milli Kitabxanasının fonduna Azərbaycan mədəniyyətini, irsini, tarixini əks etdirən, habelə erməni terroruna, Qarabağa, ümummilli lider Heydər Əliyevə həsr olunmuş ərəb, ingilis, Azərbaycan və rus dillərində kitablar hədiyyə edilmişdir.

Sonra nazir Ə.Qarayev Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri E.Araslı Kral Divanında İordaniya Haşimilər Kralının müavini (qardaşı) Əmir Haşim Bin əl-Hüseyn tərəfindən qəbul edilmişlər (həmin vaxt kral Oman Sultanlığında səfərdə idi). Görüş zamanı Ə.Qarayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kral II Abdullaha ünvanlanmış məktubunu Əmir Haşim Bin əl-Hüseynə təqdim etmişdir.

Əmir Kralın iki ölkə arasındakı əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləməklə, İordaniyada keçirilən Azərbaycan Mədəniyyəti günlərinin İordaniya-Azərbaycan arasında dostluq əməkdaşlığın dərin köklərə bağlılığının bariz nümunəsi olduğunu qeyd etmişdir.

 

Azərbaycan.- 2010.-2 dekabr.- S. 5.